“Qərbi Azərbaycanın geosiyasi və etnoqrafiq reallıqları gənc alimlərin tədqiqatlarında” adlı kitab ictimaiyyətə təqdim edilib.

Gəncədə “Qərbi Azərbaycanın geosiyasi və etnoqrafiq reallıqları gənc alimlərin tədqiqatlarında” adlı layihənin təqdimat mərasimi keçirilib. AZERFAX.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Gənclər İnkişaf Naminə İctimai Birliyinin təşkilatçılığı və Gəncə Dövlət Universitetinin tərəfdaşlığı ilə icra edilən “Qərbi Azərbaycan rəqəmsal arxivlərdə: Qərbi Azərbaycanın geosiyasi və etnoqrafiq reallıqları gənc alimlərin tədqiqatlarında” adlı layihə çərçivəsində “Qərbi Azərbaycanın geosiyasi və etnoqrafiq reallıqları gənc alimlərin tədqiqatlarında” adlı kitab və uzun formatlı araşdırma materialı (lonqrid) ictimaiyyətə təqdim edilib.
Gəncə Dövlət Universitetində baş tutan təqdimat mərasimində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Pərvin Kərimzadə, universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, eləcə də elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər. Çıxışçı“Qərbi Azərbaycanın geosiyasi və etnoqrafiq reallıqları gənc alimlərin tədqiqatlarında” adlı kitab ictimaiyyətə təqdim edilib.lar layihənin əhəmiyyəti, onun Qərbi Azərbaycanla bağlı tarixi, geosiyasi və etnoqrafik həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasındakı rolu barədə fikirlərini bölüşüblər.
Tədbirdə şəhər ictimaiyyəti, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr, eləcə də müxtəlif sahələrdən dəvət olunmuş qonaqlar iştirak ediblər. Onlar layihə çərçivəsində hazırlanmış kitab və lonqrid haqqında geniş məlumat əldə edərək, təqdim olunan materialların elmi və praktiki əhəmiyyətini vurğulayıblar.
Çıxış edən layihənin rəhbəri“Gənclər İnkişaf Naminə” İctimai Birliyinin icraçı direktoru Tural İsaqov Qərbi Azərbaycan mövzusunun Azərbaycanın tarixi, mədəni irsi və strateji baxımdan mühüm əhəmiyyətə malik olan bir məsələ olduğunu qeyd edib:
“Layihənin əsas məqsədi Qərbi Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Zəngəzurun geosiyasi və etnoqrafik reallıqlarını, unudulmaqda olan milli adət-ənənələri, tarixi həqiqətləri bədii-estetik və elmi əsaslarla geniş ictimaiyyətə təqdim etmək, dünya miqyasında tanıtmaqdır” deyə İsaqov əlavə edib. Layihənin rəhbəri əlavə edib ki, bu təşəbbüs, eyni zamanda, gənc alimlərin tarixi və etnoqrafik tədqiqatlara marağını artırmaq, onların elmi fəaliyyətlərini dəstəkləmək, elmi araşdırmaların daha geniş auditoriyaya çatdırılması üçün rəqəmsal arxivlər və müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq məqsədini daşıyır:
“Bu kitab, məhz gənc alimlərimizin elmi araşdırmaları əsasında hazırlanaraq, Qərbi Azərbaycanın geosiyasi və etnoqrafik reallıqlarını kompleks şəkildə tədqiq edən vacib bir elmi-tədqiqat nümunəsidir.
Bu əsər təkcə tarixi faktları təqdim etmir, eyni zamanda bu tarixin içində olan insanların həyat tərzini, mədəniyyətini, adət-ənənələrini, etnoqrafik xüsusiyyətlərini, musiqisini və folklorunu da əhatə edir. Kitabın strukturuna nəzər yetirsək, onun geniş və əhatəli bir araşdırma əsasında hazırlandığını görərik” deyə layihə rəhbəri əlavə edib.
Qeyd edək ki, kitabda Qərbi Azərbaycanın tarixi, bu ərazilərdə türklərin minilliklər boyu məskunlaşması və ermənilərin bu torpaqlara gəlişi kimi məsələlər, ərbi Azərbaycanın geosiyasi əhəmiyyəti, Zəngəzur mahalının strateji mövqeyi və regionun Azərbaycanın geosiyasi çəkisində rolu, rəvan şəhərinin tarixi, əhalisinin etnik tərkibi və elmi-mədəni iris və digər tarix faktlara əsaslanan, Qərbi Azərbaycan reallıqlarını tərənnüm edən mpvzular yer alıb.
Tədbirin sonunda iştirakçılar arasında müzakirələr aparılıb, layihə çərçivəsində gələcək tədqiqatların və fəaliyyətlərin istiqamətləri barədə fikir mübadiləsi həyata keçirilib.
AZERFAX.az





