Region

Samuxda oğurluq edən dəstə saxlanıldı.

Samuxda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə martın 8-də Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kəndində bir qrup naməlum şəxsin evlərdən birindən 7.000 manat dəyərində qızıl-zinət əşyalarını və 3522 manat nağd pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.  Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 33 yaşlı İsmət Hüseynov, 23 yaşlı Ülvi Hüseynov, 24 yaşlı Rafiq Rzayev, 36 yaşlı Bəhruz Yusifov və 28 yaşlı Toğrul Salahlı maddi sübutlarla birlikdə saxlanılıblar. Fakta araşdırmalar davam etdirilir.

AZERFAX.az  Qərb BÜrosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button