Kreml müvəqqəti atəşkəs təklifini rədd etdi

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mixael Uoltsla telefon danışığında Ukraynadakı münaqişənin həlli məsələsində Moskvanın mövqeyini açıqlayıb.
Bu barədə Rusiya mətbuatına istinadən AZERFAX.az xəbər verir.
Uşakovun sözlərinə görə, Rusiya Moskvanın maraqlarını və narahatlıqlarını nəzərə alan uzunmüddətli sülh yolu ilə nizamlanmaya çalışır.
“Ukraynada təklif olunan müvəqqəti atəşkəs Ukrayna hərbçiləri üçün möhlətdən başqa bir şey deyil. Sülhpərvər hərəkətləri təqlid edən addımların heç kimə faydası yoxdur”, – Uşakov vurğulayıb.
O, əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin martın 13-də Ukraynada müvəqqəti atəşkəs rejiminin tətbiqi təklifi ilə bağlı daha konkret fikirlərini səsləndirəcək.