Region

Tovuzda gənc qonaq getdiyi evdə yanıq xəsarətləri aldı

Tovuzda evə qonaq gələn kişi qaz sızması nəticəsində yanıq xəsarətləri alıb. AZERFAX.az-ın  yerli bürosu xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində baş verib.

2002-ci il təvəllüdlü N.Yusifov hamam otağında qızdırıcı cihazı yandırmaq istəyərkən, sızan qazın partlaması səbəbindən termiki yanıq xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.  Xəstəxanadan bildirilib ki, Yusifova bədənin müxtəlif nahiyələrinin 2-3 cü dərəcəli termiki yanıq diaqnozu qoyulub.

N.Yusifov tanışı Tatarlı kənd sakini 1993-cü il təvəllüdlü T. Ocaqcerdiyevin evində qonaq olarkən bu hadisə baş verib.

AZERFAX.az  Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button