İdman

Azərbaycan millisi fantastik qələbə qazandı

“Çox xoş oldu, gözəl ab-hava var idi. Nəticədən öncə buradakı atmosfer çox cəlbedici idi”.
AZERFAX.AZ Teleqraf.az-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Rumıniyaya qalib gəldiyi 1/8 final oyunu barədə danışarkən deyib.

53 yaşlı mütəxəssisin sözlərinə görə, bu, bir daha Azərbaycanda futbola marağın olduğunu və minifutbolun da sevildiyini göstərir: “Sadəcə, azarkeşləri bir az da fəallaşdırmaq lazımdır. Əlbəttə, onları öz oyunumuzla, işimizlə cəlb etməliyik”.

O, son dünya çempionu üzərində qələbəni çox fantastik adlandırıb: “Bu, futbolda final oyununa bərabər idi. Penalti seriyasında qalibiyyət əldə etdik. Oyundan çox həzz aldım”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button