İdman

“Fənərbaxça”da iz qoyan ​Yoahim Löv geri qayıdır

Yoahim Löv məşqçi kimi futbola qayıtmağa qərar verib.
AZERFAX.AZ xəbər verir ki, 2026-cı il dünya çempionatında iştirak edəcək milli komandada çalışmaq istəyən Yoahim Löv ona gələcək təklifləri dəyərləndirməyə qərar verib. Həmçinin, “Ştutqart” klubunun məşqçinin xidmətində maraqlı olduğu deyilir. Yoahim Löv millidə işləməklə bağlı israrını davam etdirsə də, təcrübəli məşqçiyə ərəb ölkələrindən də təkliflərin olduğu bildirilir.

Qeyd edək ki, məşqçilik karyerasına “Ştutqart”da başlayan məşqçi daha sonra “Fənərbaxça”, “Karlsrue”, “Adanaspor”, “Tirol”, “A. Vien” və Almaniya millisində işləyib. Lövün ən böyük uğuru Almaniya ilə 2014-cü ildə Dünya Kubokunu qazanması olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button