İdman

Fərid Qayıbov: “III MDB oyunlarından sonra idman qurğuları regionlarımıza dəyərli bir miras kimi qalacaq”.

Azərbaycanda III MDB Oyunlarının keçiriləcəyi şəhərlərin idman qurğularında əsaslı təmir, yenidənqurma və abadlıq işləri aparılır.  AZERFAX.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov bildirib. O, işlərin Prezident İlham Əliyevin tapşırığına əsasən görüldüyünü vurğulayıb. Nazir MDB Oyunlarının əhəmiyyətindən də bəhs edib:

“Oyunlara hazırlıq işləri plan üzrə davam edir. İnanıram ki, Azərbaycan bu mühüm tədbiri də yüksək səviyyədə təşkil edəcək və MDB Oyunları ölkəmizdə əsl bayrama çevriləcək. Digər tərəfdən, bu Oyunlar bölgələrimizdə idmanın inkişafına və populyarlaşmasına dəstək olacaq. Oyunlardan sonra isə idman qurğuları regionlarımıza dəyərli bir miras kimi qalacaq”

Qeyd edək ki, 7 şəhərdə 23 idman növü üzrə sentyabrın 28-dən oktyabrın 8-də keçiriləcək III MDB Oyunları zamanı Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növündə yarışlar təşkil olunacaq. (teleqraf.az)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button