İdman
Gənc futbolçu faciəvi şəkildə öldü: Sevgilisi ilə…

Tailandda faciəvi ölüm hadisəsi baş verib. AZEFAX.az xarici KİV-ə istinadən xəbər verir ki, orada istirahətdə olan gənc fransalı futbolçu Aleksis Verqos dünyasını dəyişib.
Futbolçu sevgilisi ilə birlikdə adalardan birində dincələrkən məşhur Na Muanq 2 şəlaləsini ziyarət etmək qərarına gəlib. Onlar birlikdə selfi çəkmək istəyiblər, lakin sürüşkən qayaların üzərində müvazinətlərini itirərək yıxılıblar.
Qadının bəxti gətirib. O, ölümcül xəsarət almayıb və hətta bu vəziyyətdə mobil telefondan istifadə edərək xilasedicilərə zəng edə bilib. Aleksis Verqos isə aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Mərhum futbolçunun çıxış etdiyi “Kimper” klubunun mətbuat xidməti artıq bu faciəli xəbəri təsdiqləyib.




