İdman
Latviya – Azərbaycan oyununun hakimləri bəlli oldu

Azərbaycan milli komandasının Latviya yığması ilə keçirəcəyi yoldaşlıq matçının hakim təyinatları müəyyənləşib.
AZERFAX.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Riqa şəhərində yerləşən “Skonto” stadionunda oynanılacaq görüş Maltadan olan baş hakim Trustin Farruca Kanna həvalə olunub . Ona Luke Portelli və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə latviyalı Vitalis Spasyonnikovs yerinə yetirəcək.
Qeyd edək ki, Latviya – Azərbaycan oyunu iyunun 7-də təşkil olunacaq.