İdman

Premyer Liqanın XXVIII turu başa çatdı

Misli Premyer Liqasının XXVIII turunun son matçında “Zirə” evdə “Şamaxı”nı məğlub edib.

AZERFAX.AZ xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Zirə” 55 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 8-ci yerdə olan bölgə təmsilçisinin isə 28 xalı var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələyib. “Neftçi” – “Araz-Naxçıvan” (1:1), “Sumqayıt” – “Sabah” (3:3) və “Kəpəz” – “Səbail” (1:1) oyunlarında qalib müəyyənləşməyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button