İdman

“Qarabağ” “Sumqayıt”a uduzdu

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

AZERFAX.az-ın məlumatına görə, günün ikinci matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib. “Azersun Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub. “Sumqayıt” xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə xalsızdır. “Köhlən atlar”ın ilk turda “Sabah”la oyunu təxirə salınmışdı.

Qeyd edək ki, günün ilk matçında “Neftçi” “İmişli” ilə qolsuz heç-heçə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button