İdman

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bilindi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

AZERFAX.AZ xəbər verir ki, bu, İrlandiya təmsilçisi “Şelburn”dur.
I təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın “Linfild” kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şelburn”, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raunda adlayıb.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button