İdman

Son 1/8 final cütləri müəyyənləşəcək

Milli Gimnastika Arenasındakı minifutbol üzrə dünya çempionatında bu gün III turun son oyunları keçiriləcək.
AZERFAX.AZ xəbər verir ki, daha 4 qrupda 8 qarşılaşmanın ardından 1/8 final mərhələsinin axırıncı 4 cütünün tərkibi müəyyənləşəcək.

Bu qruplardan Çexiya, Gürcüstan və Serbiya milliləri ilk 2 turdan sonra adlarını növbəti mərhələyə yazdırıblar.

Dünya çempionatı, III tur
26 may

E qrupu

12:45. Kosta Rika – Tailand
22:00. İndoneziya – Monteneqro

F qrupu

16:30. Polşa – Bosniya və Herseqovina
20:45. Qazaxıstan – ABŞ

G qrupu
15:15. Argentina – BƏƏ
18:15. Çexiya – Gürcüstan

H qrupu
14:00. İsrail – İspaniya
19:30. Serbiya – Qana

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk 4 oyununda Azərbaycan Rumıniya ilə, İngiltərə Bolqarıstanla, Portuqaliya Macarıstanla, Fransa Mavritaniya ilə üz-üzə gələcək. Görüşlər mayın 27-də keçiriləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button