İdman
Taekvondoçular Bolqarıstanda 3 medal qazandılar

Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən G3 kateqoriyalı “Prezident Kuboku”nda 3 medal qazanıblar.
Taekvondo Federasiyasından AZERFAX.AZ-a verilən məlumata görə, Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.