Ölkə
“Real” Alonsonun istədiyi ulduz futbolçunu transfer etdi

“Real Madrid” “Bornmut” klubunun futbolçusu Din Höysenlə 2030-cu ilədək müqavilə bağlayacaq.
AZERFAX.AZ xəbər verir ki, ispaniyalı müdafiəçinin mövsümlük əmək haqqı 9 milyon avro təşkil edəcək. Lakin sonradan maaş futbolçunun uğurlu oyununa görə 11 milyon avroyadək arta bilər. Bu mövsüm Höysen 34 oyunda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, “Real”ın məşqçisi olacağı irəli sürülən Xabi Alonsonun tələb etdiyi futbolçular arasında Din Höysenin də olduğu iddia edilmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.