İdman

Ulduz futbolçu ​”Qalatasaray”dan ayrıldı

“Qalatasaray”la müqaviləsi başa çatan belçikalı futbolçu Dris Mertens Türkiyəni tərk edib.
AZERFAX.AZ xəbər verir ki, “Qalatasaray” futbolçu ilə yeni müqavilə imzalamayıb. Məlumata görə, futbolçu ailəsi ilə birlikdə Türkiyədən köçüb. Həyat yoldaşı və uşağı ilə hava limanına gələn Mertens vətəndaşların xahişini rədd etməyib, onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Dris Mertens “Qalatasaray”la 3 dəfə Superliqa, 1 dəfə Türkiyə Kuboku və Superkubokunu qazanıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button