Texnologiya

Azərbaycanda internetin sürəti necədir? – Açıqlama

Azərbaycanda internetin sürəti zəif deyil.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son 3 ildə ölkə üzrə internet sürəti üç dəfə artıb: “Əvvəlki dövrlərlə müqayisə etsəniz, internetin keyfiyyəti ilə bağlı kifayət qədər irəliləyişlər görə bilərsiniz. Ölkədə “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir. Odur ki, Azərbaycanda internetin sürətinin zəif olması fikri ilə razı deyiləm”.

O bildirib ki, Azərbaycanda internetin sürətinin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ya Şərqi Asiya ölkələri – Koreya, Sinqapur kimi bu sahədə irəli gedən ölkələrdən aşağı olmasının tarixi səbəbləri var. Ancaq o, bu tarixi səbəbləri açıqlamayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button