Texnologiya

İlon Mask “robot ordusu” qurmağa hazırlaşır

“Tesla”nın rəhbəri İlon Mask yaxın illərdə “Optimus” adlı insanabənzər robotlardan ibarət “ordu” yaratmağı planlaşdırır.

AZERFAX.az xarici mediaya istinadən xəbər verir ki, Maskın sözlərinə görə, şirkət ildə təxminən 1 milyon robotun istehsalını təşkil etməyi hədəfləyir.

İstehsalın gələn ilin sonuna qədər başlaması gözlənilir.

Mask bildirib ki, “Optimus”un üçüncü nəsil versiyası 2026-cı ilin əvvəlində təqdim olunacaq. Lakin bu miqyasda istehsala çatmaq üçün şirkətin öz istehsal zəncirini formalaşdırması tələb olunur.

O, həmçinin qeyd edib ki, gələcəkdə “Optimus 4” və “Optimus 5” modellərinin buraxılışı milyonlarla ədədə çata bilər. Maskın fikrincə, bu texnologiyalar “yoxsulluğun olmadığı, yüksək səviyyəli tibbi xidmətə malik bir cəmiyyətin” əsasını qoya bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button