Texnologiya

“WhatsApp” mesajlarına yeni düymə əlavə edildi

“WhatsApp” söhbət siyahılarında bildirişləri toplu şəkildə tənzimləməyə imkan verəcək funksiya üzərində işləyir.

AZERFAX.AZ xəbər verir ki, yeni funksiya sayəsində söhbət siyahılarında olan bütün söhbətləri bir toxunuşla səssizə almaq mümkün olacaq. Məlumata görə, yenilik “WhatsApp” android beta versiyasında müşahidə edilib. Bildirilir ki, “WhatsApp” əvvəlki beta versiyalarında söhbət siyahısı filtrlərini ekranın yuxarı hissəsinə yerləşdirib. Beləliklə, istifadəçilər filtrlərə daxil olmaq üçün ekranı aşağı sürüşdürmədən birbaşa söhbət kateqoriyalarına daxil ola bilərlər. Yeni versiya ilə “WhatsApp” bu sistemi daha da təkmilləşdirmə və seçilmiş söhbətlər üçün kütləvi bildirişlərin tənzimlənməsi funksiyasını təklif etmək istəyir.
Yeni funksiya ilə istifadəçilər söhbət siyahısına basmaqla açılan menyudan bir toxunuşla bütün söhbətlər üçün bildirişləri bağlaya biləcəklər. Eyni seçim müvafiq parametrlərdə də mövcud olacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button