Dünya

ABŞ-dən İranın nüvə proqramı ilə bağlı açıqlama

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranın nüvə proqramı ilə bağlı açıqlamalar verib.

AZERFAX.AZ xəbər verir ki, o bildirib ki, İran uranı mülki məqsəd üçün tələb olunan səviyyələrdən çox zənginləşdirib. Vensin sözlərinə görə, İran mülki məqsədlər üçün uranı nə üçün həddən çox zənginləşdirməli olduğuna dair heç bir əhəmiyyətli arqument ortaya qoymayıb.
Qeyd edək ki, “CNN” daha əvvəl müxtəlif mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ-nin kəşfiyyat agentlikləri İsrail rəsmiləri və Donald Trampın bəyanatlarının əksinə olaraq, İranın nüvə silahı istehsal etməyə çalışmadığı qənaətinə gəliblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button