Dünya

Tramp: “İsrail Qərb sahilində heç nə etməyəcək”

ABŞ Prezidenti Donald Tramp İsrail parlamentinin İordan çayının qərb sahilinin ilhaqına dair qanun layihələrini qəbul etməsinə münasibət bildirib.

AZERFAX.AZ xarici KİV-ı istinadən xəbər verir ki, o, İsrailin İordan çayının qərb sahilində heç bir fəaliyyət həyata keçirməyəcəyini ifadə edib. Ağ Evdə açıqlama verən Tramp, “Qərb sahili üçün narahat olmayın. İsrail qərb sahilidə heç nə etməyəcək. Narahat olmayın. Onlar Qərb sahilində heç nə etməyəcəklər. İsrail yaxşı işlər görür və onlar qərb sahilidə heç nə etməyəcəklər”, – deyə bildirib.
Qeyd edək ki, Donald Tramp “Time” jurnalına müsahibəsində İsrailin İordan çayının Qərb sahilini ilhaq edəcəyi təqdirdə ABŞ-nin bu ölkəyə dəstəyini dayandıracağı barədə xəbərdarlıq etmişdi. İordan çayının qərb sahilindəki Fələstin torpaqlarında yəhudi məskənlərinin ilhaqını nəzərdə tutan qanun layihəsi İsrail parlamentində qəbul edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button