İsrail yenidən İranı bombaladı

AZERFAX.AZ xəbər verir ki, Tehranın qərbində partlayışlar müşahidə edilib. Fars xəbər agentliyinin məlumatına görə, ərazidəki nüvə məntəqəsi ərazisində iki partlayış səsi eşidilib və obyektin iki məntəqəsi hədəfə alınıb. Məlumata görə, İsrail bundan əvvəl paytaxt Tehran, Təbriz, İsfahanın Natanz bölgəsindəki nüvə obyektinə, həmçinin Lorestan, Kirmanşah, Şiraz, Xuzistan, Həmədan və Qum şəhərlərinə hücumlar təşkil edib. Natanzdakı nüvə obyektində sızma olmadığı bildirilib.
İsrail ordusu hücumlarda 200-dən çox döyüş təyyarəsinin iştirak etdiyini açıqlayıb, pilotsuz uçuş aparatlarından da istifadə edildiyi qeyd edilib. Ölənlər arasında mülki şəxslərin də olduğu bildirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.