İtaliya Qəzzaya gedən mülki donanmaya dəstək üçün hərbi gəmi göndərdi

AZERFAX.AZ xəbər verir ki, İspaniya da İsrail blokadasını qırmaq istəyən 50 gəmilik mülki donanmaya dəstək verib. İtaliyanın müdafiə naziri Guido Crosetto bölgəyə ikinci gəmini göndərildiyini bildirilsə də, fəallara xəbərdarlıq edib. O bildirib ki, İtaliya donanmanın missiyasını dəstəkləmir. Crosetto fəalları İsrail blokadasını yarmaq cəhdlərindən əl çəkməyə çağırıb və onları İtaliyanın Katolik Kilsəsi vasitəsilə yardım paylamaq təklifini qəbul etməyə çağırıb.
O, başqa ölkələrin ərazi sularına İtaliya vətəndaşlarının təhlükəsizliyinə zəmanət verə bilməyəcəklərini ifadə edib. Qeyd edək ki, isveçli fəal Qreta Tunberqin rəhbərlik etdiyi mülki donanma hücumlara baxmayaraq səyahətini davam etdirir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.