Dünya

Putinin tələbləri məlum oldu

Rusiya Prezidenti Vladimir Putin Ukraynada döyüşləri dayandırmaq üçün tələbləri məlum olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Kremldəki mənbələr “Reuters”ə bildirib. Məlumata görə, Putin Ukraynanın bütün Donbas regionundan çəkilməsini, NATO-ya qoşulmaq tələbində imtina edərək bitərəf qalmasını və Qərb ölkələrinin ölkəyə qoşun göndərməsini qadağan etməyi tələb edib. Bildirilib ki, Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüşün demək olar ki, bütün hissəsi Ukraynadakı potensial güzəştləri müzakirə etməyə həsr olunub.
Rusiya mənbələrinə görə, Putin ötən il irəli sürdüyü ərazi tələblərində güzəştə gedib. O ötən il, Rusiyanın ərazisi hesab etdiyi Ukraynanın Xerson, Zaporojji və Donbas kimi tanınan Donetsk və Luqansk vilayətlərini tələb etmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button