Dünya
Şahbaz Şərif İrana səfər etdi

Pakistanın Baş naziri Şahbaz Şərifin İranın Tehran şəhərinə rəsmi səfəri baş tutub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb. Səfər zamanı Şahbaz Şərifi Mehrabad Hava Limanında İranın Daxili İşlər Naziri İskəndər Momeni qarşılayıb.
Səfər çərçivəsində Şahbaz Şərifin İran rəsmiləri ilə ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlər üzrə görüşlər keçirməsi planlaşdırılır. Bu səfər, Pakistan və İran arasında möhkəm əlaqələrin daha da gücləndirilməsi məqsədini daşıyır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.