“Qarabağ” “Şelburn”a böyük hesabla qalib gəldi – video icmal

“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi “Şelburn”a böyük hesabla qalib gəlib.
AZERFAX.az-ın məlumatına görə Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesabı ilə inamlı qələbəyə venib.
“Köhlən atlar”ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
***
00:30
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçında üçüncü qol vurulub.
AZERFAX.az xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi üç topa yüksəldib – 3:0.
Qarşılaşmanın 85-ci dəqiqəsində Nəriman Axundzadə meydan adını tabloya yazdırıb.
***
00:26
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçında ikinci qol vurulub.
AZERFAX. az xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi iki topa yüksəldib – 2:0.
Qarşılaşmanın 81-ci dəqiqəsində Aleksey Kaşuk meydan sahiblərini cəzalandırıb.
***
23:49
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” maçtında ikinci hissə başlayıb.
AZERFAX.az xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu 1:0 hesabı ilə öndədir.
Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.
***
23:32
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçında ilk hissə başa çatıb.
AZERFAX.az xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.
***
22:57
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” “Şelburn”la matçda hesabı açıb.
AZERFAX.az xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubunun heyətində Leandro Andrade fərqlənib – 0:1.
Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.
***
22:45
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” – “Qarabağ” matçı start götürüb.
AZERFAX.az xəbər verir ki, qarşılaşma Dublindəki “Tolka Park” stadionunda keçirilir.
Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.