Ölkə

Mourinyo mətbuat konfransında onun alnından öpdü

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo mətbuat konfransında maraqlı anlar yaşayıb.

AZERFAX.AZ xəbər verir ki, portuqaliyalı mütəxəssis jurnalistlər arasında olan əmisi oğlunu görüb. Konfrans başa çatdıqdan sonra onunla qucaqlaşıb və alnından öpüb.

Qeyd edək ki, Mourinyonun rəhbərlik etdiyi “Real Madrid” La Liqada 33 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Barselona”dan 3 xal geri qalır. Madrid təmsilçisi növbəti turda noyabrın 28-də doğma meydanda “Alaves”lə qarşılaşacaq.

Related Articles

Bir cavab yazın

Back to top button