Texnologiya

“WhatsApp” “Facebook” və “Instagram”la birləşdi

Meta şirkəti “WhatsApp”ın şirkətin digər platformaları olan “Facebook” və “Instagram”la inteqrasiyasını gücləndirən yeni funksiyanı istifadəyə verib.

AZERFAX.az xəbər verir ki, “WhatsApp” istifadəçilərə profil şəkillərini bağlı olan “Facebook” və “Instagram” hesablarından idxal etməyə imkan verəcək. Məlumata görə, yenilik WhatsApp”ın android üçün beta versiyasında müşahidə edilib. İstifadəçilər profil menyusunda “Facebook” və “Instagram”dan profil şəkillərini idxal etmək variantlarını müşahidə ediblər. Bu funksiya istifadəçilərə bir toxunuşla digər sosial media hesablarından profil şəkillərini “WhatsApp”a köçürməyə imkan verəcək.

“WhatsApp” vurğulayıb ki, Meta Hesablama Mərkəzi vasitəsilə edilən bu əlaqə tətbiqin mövcud məxfilik mühafizəsinə təsir etməyəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button