Paşinyan məzuniyyətə getdi, yerinə bu şəxs keçdi

AZERFAX.AZ xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məzuniyyət müddətində Ermənistan baş nazirinin səlahiyyətlərini 12-13 avqustda baş nazirin müavini Mqer Qriqoryan, 14-15 avqustda isə baş nazirin müavini Tiqran Xaçaturryan icra edəcək.
İyulun 28-də baş nazirin dəftərxanası Nikol Paşinyanın 28 iyul – 15 avqust tarixlərində məzuniyyətdə olacağını açıqlayıb. Amma məzuniyyət zamanı baş nazir Nikol Paşinyanı əvəzləyən baş nazirin müavini Mqer Qriqoryanın qərarı ilə avqustun 5-dən etibarən baş nazir məzuniyyətdən geri çağırılıb. Avqustun 7-də baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona yola düşüb. Səfər zamanı Ermənistan və ABŞ arasında ikitərəfli memorandumlar, həmçinin Ermənistan, Azərbaycan və ABŞ arasında üçtərəfli bəyannamə imzalanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.