Ölkə

İnsanabənzər robotlarla döyüş klubu quruldu


San-Fransiskoda gizli anbarda fəaliyyət göstərən “REK” adlı qeyri-adi döyüş klubu insansı robotları rinqdə qarşı-qarşıya gətirir.

AZERFAX.AZ xarici KİV-ə istinadən xəbər verir ki, layihənin təşəbbüskarı virtual reallıq sahəsində ixtisaslaşmış sahibkar və robot döyüşləri həvəskarı Cix Livdir. O, daha əvvəl şəhərdə keçirilən “Ultimate Fighting Bots” liqasında qalib gəlib. Liv qarışıq döyüş növləri, peşəkar güləş, anime və elmi fantastikadan ilhamlanaraq idman, həm də səhnə şousu xarakteri daşıyan tədbir hazırlayıb.


“REK” klubunda “pilot” adlandırılan iştirakçılar VR eynəkləri və xüsusi idarəetmə qurğuları ilə robotları məsafədən idarə edirlər. Onlar yumruq vurur, qılıncdan istifadə edir və rəqibi məğlub etməyə çalışırlar. Liv süni intellekt modellərini döyüş videoları ilə öyrədərək robotların öz döyüş xoreoqrafiyalarını sərgiləməsinə nail olmağı hədəfləyir.

Lakin proses həmişə plan üzrə getmir. Ötən ay Livin “boyDeREK” adını verdiyi robot, idarəetmə zamanı qəfil hərəkət edərək bağlı olduğu vincin yıxılmasına və baş hissəsinin qopmasına səbəb olub. Bu davranışın robotun ayaqlarının yerə tam basmaması ilə əlaqədar olduğu ehtimal edilir.

1990-cı illərin sonlarında populyarlaşan “BattleBots” layihəsindən fərqli olaraq “REK” daha səmimi və ehtiraslı yanaşmaya malikdir. Liv layihəyə başlamazdan əvvəl ev almaqla robotlara sərmayə qoymaq arasında seçim etdiyini, nəticədə ikinci variantı seçdiyini bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button