AZERFAX TV
HƏMAS Qəzzada tərksilahla bağlı bəndi qəbul etdi

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında nizamlanma planının tərksilah və mülki idarəçiliklə bağlı iki bəndinin həyata keçirilməsinə razılıq verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, bunlar 5-ci və 8-ci bəndlərdir. Həmin bəndlər HƏMAS-ın hərbi strukturunun mülki idarəçilikdən ayrılmasını, həmçinin silahların beynəlxalq nəzarət altında yeni Fələstin strukturlarına təhvil verilməsini nəzərdə tutur.



