Ölkə
Bu yolda hərəkət məhdudlaşdırılacaq

Avqustun 24-də saat 07:00-dan saat 22:00-dək Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti aparılacaq təmir işləri ilə əlaqədar tam məhdudlaşdırılacaq.
Bu barədə AZERFAX.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata əsasən, sabah 07:00-dan saat 22:00-dək paytaxtın Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində) də nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.