AZERFAX TV

Qarın piylənməsi ağciyər xərçəngi riskini artırır

Qarın nahiyəsində artıq piyin toplanması ağciyər xərçənginin yaranma riskini artıra bilər.

AZERFAX.AZ xəbər verir ki, alimlər bununla bağlı 1170 şəxs arasında araşdırma aparıblar.

Məlum olub ki, bədən kütlə indeksindən (BKİ) daha çox qarın nahiyəsindəki piy toxumasının həcmi ağciyər xərçəngi riski ilə əlaqəlidir.

Araşdırmaya görə, qarın piylənməsi olan insanların ağciyərlərində xərçəngə qarşı immun müdafiəni zəiflədən tənzimləyici T-hüceyrələrinin sayı daha çox olur. Nəticədə şiş hüceyrələrini məhv etməli olan immun hüceyrələrinin fəaliyyəti zəifləyir və şişlərin inkişafı sürətlənir.

Tədqiqat müəllifləri bildiriblər ki, BKİ həmişə orqanizmdə təhlükəli piyin miqdarını dəqiq əks etdirmir. Bu səbəbdən qarın nahiyəsində toplanan piyin həcmi ağciyər xərçəngi riskinin qiymətləndirilməsində daha etibarlı göstərici hesab olunur.

Tədqiqat “Journal of Thoracic Oncology” jurnalında dərc olunub.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button