Ölkə
Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova işindən ayrılıb.
AZERFAX.AZ Modern.az-a istinadən xəbər verir ki, polkovnik-leytenantı Ramil Səfərovun həyat yoldaşı universitetdəki fəaliyyətini sonlandırıb.
O, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı.
Şəbnəm Səfərova işdən ayrılma səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Ş. Səfərova bu vəzifəyə 2023-cü il yanvar ayında təyin edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.