Region
Ağstafada yanğında 51 yaşlı kişinin meyiti tapıldı.

Ağstafada baş verən yanğın ölümlə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Qaçaq Kərəm kəndində baş verib. Kənd sakini 1975-ci il təvəllüdlü Elman Əliyevin yaşadığı evin zirzəmisində yanğın başlayıb. Müdaxilə nəticəsində alov söndürülüb. Yanğından sonra ev sahibinin meyiti yanmış halda tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.



