Region

Toya gedən şəxslər qəzaya düşdü

Gəncədə toya gedən zaman qəzaya düşənlərin kimliyi müəyyən olunub. AZERFAX.az-in yerli bürosunun məlumatına görə hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib. Hərəkətdə olan “Mercedes” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Yeganə Əsgərova, 1990-cı il təvəllüdlü Gülşən Hüseynova, 1981-ci il təvəllüdlü Oleq Titiov, 1989-cu il təvəllüdlü Zamin Həsənov və 1996-cı il təvəllüdlü Ayşən Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan verilən rəsmi açıqlamaya görə
26.08.2025-ci il tarixində saat 17:40 radələrində 5 nəfər (3 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub:
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir” deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button