İcra başçısının töhmət almasının səbəbi bəlli oldu

AZERFAX.AZ Unikal.az-a istinadən xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətində yoxlama aparılıb. Yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.
Həmçinin məlum olub ki, O.Hüseynzadə icra başçısı təyin edilən zaman (01.11.2024) özü ilə 5 nəfəri də Ağdaşa apararaq onlara İcra Hakimiyyətində müxtəlif vəzifələr verib. Bütün işləri sözügedən məmurlar aparıb, bu da etiraza səbəb olub.
O.Hüseynzadə həmin məmurları dünən işdən azad edib.
İşdən çıxarılan şəxslərdən üçünün adı məlum olub:
Quliyev Elvin – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,
Bayramov Şahin – Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi,
Quliyev Samir – Tofiqi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



