Ölkə

Türkiyə İspaniyaya darmadağınla məğlub oldu


Türkiyə A Milli Futbol Komandası 2026-cı il FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsinin E qrupu çərçivəsində keçirdiyi ikinci matçda İspaniyanı qəbul edib.


AZERFAX.AZ xəbər verir ki, “Medaş Konya Böyükşəhər” stadionunda oynanılan qarşılaşmanı qonaq komanda İspaniya 6-0 hesabı ilə qazanıb.

Matçın 6-cı dəqiqəsində İspaniya Pedrinin qolu ilə hesabda önə keçib. 22 və 45+1-ci dəqiqələrdə Mikel Merinonun vurduğu qollarla fərq üçə çatıb və ilk hissə İspaniyanın 3-0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissənin 53-cü dəqiqəsində Ferran Torres hesabı 4-0 edib. 58-ci dəqiqədə Mikel Merino het-trik edərək fərqi beşə çatdırıb. 62-ci dəqiqədə Pedri bir daha fərqlənərək matçın hesabını təyin edib.

Bu nəticə ilə Türkiyə millisi 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində ilk xal itkisini yaşayaraq 3 xalda qalıb. İspaniya isə ardıcıl ikinci qələbəsini qazanaraq xalını 6-ya yüksəldib.

Qeyd edək ki, Türkiyə 3-cü matçında Bolqarıstanla səfərdə qarşılaşacaq. İspaniya isə Gürcüstanı qəbul edəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button