Ölkə
Ukrayna və Rusiya enerji atəşkəsinə dair razılığa gələ bilər


Enerji atəşkəsi Rusiyanın müharibəni bitirməyə həqiqi hazırlığının ilk siqnalı ola bilər.
AZERFAX.AZ “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “TSN.Nedelya”nın aparıcısı Alla Mazur ilə müsahibəsində bildirib.
“Enerji atəşkəsi ilk addımdır. Mən inanıram ki, bu, bir siqnal ola bilər”, – deyə Zelenski vurğulayıb.



