Ölkə

ABŞ-də 1300 nəfərin cinsi istismarı iddiası üzrə 800 milyon dollarlıq razılaşma

ABŞ-nin Nyu-York Başpiskoposluğu təxminən 1300 nəfərin cinsi istismara məruz qalması ilə bağlı açdığı məhkəmə işləri üzrə razılığa gəlib.

AZERFAX.AZ xəbər verir ki, vəkillərin yaydığı açıqlamaya görə, razılaşma çərçivəsində Başpiskoposluq zərərçəkənlərə ümumilikdə 800 milyon dollar təzminat ödəməyi qəbul edib.

Nyu-Yorkun baş arxiyepiskopu Ronald Hicks də yazılı açıqlamasında vəkillərin razılaşma ilə bağlı məlumatını təsdiqləyib.

Onun sözlərinə görə, razılaşma sənədi noyabrın 6-sı ilə başlayan həftədə imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, ABŞ-nin ən böyük katolik qurumlarından biri olan Los-Anceles Başpiskoposluğu da 2024-cü ildə 1300-dən çox cinsi istismar iddiası üzrə ümumilikdə 880 milyon dollar təzminat ödəməyə razılaşdığını açıqlamışdı.

Related Articles

Bir cavab yazın

Back to top button