Ölkə

Rafet El Roman azərbaycanlı xanımla evlənir

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı şəxsin kimliyi açıqlanıb. Məlum olub ki, sənətçinin nişanlısı azərbaycanlı tibb bacısı Rahimə Hacıyevadır.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, 58 yaşlı müğənni bu ilin yanvarında nişanlandığını açıqlayıb və üzüyünü jurnalistlərə də göstərib. Onun evlilik planları qurduğu şəxsin kimliyi isə son günlərdə gündəmə gəlib.

Məlumata görə, Rafet El Roman 32 yaşlı Rahimə Hacıyeva ilə 2020-ci ildə, COVID-19 pandemiyası dövründə tanış olub. Azərbaycanlı tibb bacısı ilə münasibətini uzun müddət diqqətdən kənarda saxlayan müğənninin nişanlısı ilə fotosu da üzə çıxıb.

Hazırda cütlüyün nikah masasına oturmağa hazırlaşdığı bildirilir. Bununla belə, toyun tarixi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Rafet El Roman ilk dəfə 1996-cı ildə Tuğba Altıntopla ailə qurub. 2003-cü ildə başa çatan bu evlilikdən onun Su və Şevval adlı iki qızı dünyaya gəlib.

Müğənni 2014-2016-cı illərdə isə Ceren Kaplakarslanla evli olub. Onun 2010-cu ildə Yeşim Eryıldırımla münasibətindən Edvan adlı oğlu da var.

Related Articles

Bir cavab yazın

Back to top button