Putin açıq şəkildə danışıqlardan yayınır

“Putin danışıqları istəmir, açıq şəkildə bundan yayınır”.
AZERFAX.AZ xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə öz “Telegram” kanalında məlumat verib.
“Putin danışıqlardan açıq şəkildə qaçır. buna görə də Rusiyanın yanacaq çatışmazlığı və digər iqtisadi problemləri atəşkəsə və ya liderlər səviyyəsində görüşə razılaşmaqdan imtinanın məntiqi cavabıdır.”, – Zelenski vurğulayıb.
Zelenski liderlərin, dövlətlərin, qurumların bəyanatlarının ardınca güclü addımların – Rusiyaya, Rusiya ilə əlaqəli şəxslərə qarşı sanksiyaların, Rusiya ilə ticarətə güclü tariflərin və digər məhdudiyyətlərin tətbiqinin vacib olduğunu bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.