AZERFAX TV
Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu

Məşhur Hollivud aktrisası Holli Berri növbəti dəfə şou yazarların gündəminə gəlib.
AZERFAX.AZ xəbər verir ki, buna səbəb 59 yaşlı ulduzun çimərlik geyimində ideal bədən quruluşunu nümayiş etdirməsi olub. Məşhur aktrisa fotonu “İnstagram” hesabında paylaşıb.
Geniş müzakirələrə səbəb olan bu fotoda Holli Berri əslində sevgilisi, musiqiçi Van Hunt ilə tropik məkanda tətil keçirməsini nümayiş etdirib. 59 yaşlı aktrisa fotolardan birində dərin dekolteli geyimdə poz verib.
Müəllif: Tural



