Urmiya gölü tamamilə qurudu

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub.
AZERFAX.AZ xəbər verir ki, İran mediasının yaydığı peyk görüntülərinə görə göldən əsər-əlamət qalmayıb. Dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiya gölünün qurumasının təbii fəsadlara səbəb ola biləcəyi irəli sürülüb.
Qeyd edək ki, bundan əvvəl yerli dairələr quraqlıqla bağlı problemlərin aradan qaldırılmayacağı təqdirdə Urmiya gölünün quruyacağı barədə açıqlama vermişdi. 2003-cü ildə quraqlıq səbəbindən suyun səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üzləşib. Tehran hökuməti gölün bərpası üçün büdcəsi 6 milyard dollarlıq layihəyə başlasa da, davam edən quraqlıq səbəbindən istənilən nəticələr əldə olunmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.