AZERFAX TV

Günəşdə güclü partlayış baş verdi

İyulun 27-də Günəşdə “M” sinfindən olan güclü alışma qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“İyulun 27-də saat 05:43-də (Bakı vaxtı ilə 06:43) 4494 ləkələr qrupunun rentgen diapazonunda 16 dəqiqə davamlılıqda M1.0 alışması qeydə alınıb”, -deyə məlumatda bildirilib.

Qeyd edək ki, Günəş alışmaları(partlayışları) rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

Related Articles

Bir cavab yazın

Back to top button