Ölkə

Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir


Ermənistanla Azərbaycan arasında sülh sazişi Mərkəzi Asiya üçün mühüm geosiyasi əhəmiyyətə malikdir.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Montana ştatından olan respublikaçı senator Stiv Dayns deyib.


Onun sözlərinə görə, ABŞ-nin əleyhdarları Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə gücləndirilmiş qarşılıqlı əlaqəsinə xələl gətirir.

“Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sıçrayışlı sülh sazişinin Mərkəzi Asiya üçün mühüm geosiyasi təsirləri var”, – siyasətçi bildirib.

Dayns ABŞ-nin real sərmayələri və daha sıx əməkdaşlığı nəzərə alaraq “əvvəlki administrasiyanın səhifəsini çevirdiyi” məsələsinə toxunub. O, həmçinin qeyd edib ki, ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında möhkəm münasibətlərin qurulması Amerikanın milli təhlükəsizliyi üçün çox vacibdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button