O da Klopp və Qvardiola kimi bu vektoru müəyyən edir: Konte kimi deyir?

İtaliyalı mütəxəssis Antonio Konte London “Arsenal”ının baş məşqçisi Mikel Artetanın məşqçilik işindən danışıb.
AZERFAX.AZ xəbər verir ki, Konte onun kluba təsirini “Mançester Siti”də Xosep Qvardiola və “Liverpul”da Yurgen Kloppun dövrləri ilə müqayisə edib.
“Arsenal”ın aydın bir istiqaməti, strateji vizyonu var. Klopp və Qvardiolanın öz vaxtlarında etdiyi kimi, Arteta da bu vektoru müəyyən edir. Məncə, baş məşqçi həmişə klubun layihəsinin mərkəzində olmalıdır, o, əsas fiqur olmalıdır. Əgər rəhbərlik nədənsə narazıdırsa, onu sadəcə işdən çıxarmalıdır.
Amma komandanın fəlsəfəsini və istiqamətini müəyyən etmək məşqçinin məsuliyyətidir. Onun öz futbol baxışları var və bir klub daxilində iki fərqli baxış eyni vaxtda mövcud ola bilməz”, – deyə “The Athletic” Kontedən sitat gətirib.



