İqtisadiyyat
Qızılın qiyməti tarixi həddə çatdı

“Comex” birjasında qızıl füçerslərinin qiyməti tarixin ən yüksək məbləğinə çatıb.
AZERFAX.AZ xəbər verir ki, ilk dəfə olaraq bir trua unsiyası üçün qiymət 3720 dolları ötüb. Məlumata görə, qiymətli metalın qiyməti 1,05% bahalaşaraq, 1 trua unsiyası üçün 3722,2 dollar təşkil edib.
Qeyd edək ki, ekspertlər hesab edir ki, investorlar qızılı ən etibarlı yatırım hesab etdiyi bu sahəyə daha çox yatırım edir. Bu da qiymətli metalın qiymətinin bahalaşmasına səbəb olur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.