Ölkə
Azərbaycanda ÜDM-in 2026-2029-cu illər üzrə proqnozu açıqlanıb

Proqnozlara əsasən 2026-cı ilin sonuna ÜDM-in həcminin 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in 101,7 milyard manat təşkil edəcəyi gözlənilir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
2029-cu ildə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9 faiz olacağı proqnozlaşdırılır.
2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 80,0 faizə çatacağı gözlənilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.