Sinif yoldaşı tərəfindən öldürülən Kənanın FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayonunun Xəlilabad kəndində 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib. Ağır yaralanan yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İTV-yə danışan Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi bildirib ki, Kənan Əhəd oğlu İmanzadə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş boşluğa keçən yarası ilə xəstəxanaya qəbul olunub.
“Xəstəyə baxıldı və təcili əməliyyata salındı. Torakotomiya olunduqdan sonra ürəyinin sağ mədəciyinin kəsilmiş-deşilmiş yarası, ürəyin tamponadası aşkarlandı. Ürək yarası tikildi. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, ölüm halı qeydə alındı”, – deyə həkim əlavə edib.
Daha ətraflı videoda:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.